Bir ailə kanala düşdü; aralarında 6 və 10 yaşlı uşaqlar da var

Gündəm 4 Yanvar 2015 21:39 Oxunub 1297
Bir ailə kanala düşdü; aralarında 6 və 10 yaşlı uşaqlar da var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabirabadda avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb

Sabirabad rayonunda avtomobil kanala düşüb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib. Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri - 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh