İlon Maskın kosmosdakı avtomobilinin şəklini çəkən astronom mükafat aldı

Texnologiya 6 Mart 2018 16:44 Oxunub 1291
İlon Maskın kosmosdakı avtomobilinin şəklini çəkən astronom mükafat aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun bu mükafatı almasına səbəb bu ilin fevral ayında çəkdiyi ən yaxşı kosmik foto olub

Həvəskar astronom Martin Maşkov Çexiya Astronomiya Cəmiyyətinin mükafatına layiq görülüb. Onun bu mükafatı almasına səbəb bu ilin fevral ayında çəkdiyi ən yaxşı kosmik foto olub. Astronom İlon Maskın kosmosdakı avtomobilini çəkdiyi üçün mükafat əldə edib. Çexiya Astronomiya Cəmiyyətinin sədr müavini Pavel Suxanın sözlərinə görə, bu mükafat Maşkova Cəmiyyət üzvlərinin yekdil qərarı ilə verilib. Qeyd edək ki, fevralın 10-da həvəskar astronom Yerdən aralanan “Tesla Roadster” avtomobilinin şəklini çəkmək imkanı əldə edib. Bu avtomobil ABŞ-ın “SpaceX” şirkətinin sahibi İlon Maska məxsusdur. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh