Sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb oldu - FOTO
Qaydalar 7 Mart 2018 10:18 682 dəfə oxunub
Sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb oldu - FOTO
Kia yüksək sürətlə hərəkət edən BMWyə çırpılıb

Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzasa baş verib. "Report"un məlumatına görə, qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən "90-NA-690" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü səbəb olub. O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış "99-CE-514" dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb. Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh