Səssiz "canavar" - Yeni Toyota Camry – Ən çox satılan model – FOTO-VIDEO

Avtodünya 7 Mart 2018 11:15 Oxunub 8059
Səssiz "canavar" - Yeni Toyota Camry – Ən çox satılan model – FOTO-VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Camry-nin yeni nəsli idmanın, komfortun, mötəbərliyin, cəsarətin və gözəlliyin əla sintezidir

Bakıdan bir qrup jurnalisti Gürcüstana aparan səbəb “Toyota”nın sevilən və seçilən modeli sayılan Camry-nin 2018-ci modelinin təqdimatı idi. Bu sırada Avtosfer.az-ın da olması qürürverici idi. Hamı yeni avtomobili görmək və onu sürmək üçün həyəcanlı idi. “Toyota Qafqaz” şirkətinin təşkilatçılığı ilə Gürcüstanda bu modeli görmək və onu ilk sürənlərdən biri olmaq çox xoş idi. Çünki həm səfər proqramı, həm təşkilatçılıq, həm də avtomobilin test edilməsi çox gözəl proqramlaşdırılmışdı...

Məlum məsələdir ki, əfsanəvi yapon markası olan “Toyota”nın əlavə təqdimata ehtiyacı yoxdur. Uzun illərdir bu avtomobillər ənənəvi olaraq özündə dizayn, keyfiyyət, etibarlılıq, gözəllik və təhlükəsizliyi ilə müştərilərin rəğbətini qazanıb. "Toyota"ya bu şöhrəti qazandıran modellərdən biri də Camry-dir. Bu modelin 19 miliyon nümünəsindən artığı 1982-ci ildə 100 artıq ölkədə satılıb. İndi bu maşınlardan hər il 700 min ədəd satılır. Bu o deməkdir ki, Toyota Camry öz seqmentində ən çox satılan modeldir.

Gürcüstanda “Toyota Qafqaz” şirkətinin təqdimatı bir daha göstərdi ki, yeni nəsil avtomobillərə aid olan Toyota Camry - 2018 unikal avtomobildir. Bu avtomobil pozitiv emosiyaların sintezidir - idarə etmə, üslub, zəriflik və etibarlılıq.

Toyota Camry-ni təqdim edən baş mühəndis Masato Katsumata bu avtomobilin insanlara sürpriz və ilham vermək üçün yaradıldığını qeyd edib. Cənab Katsumata vurğulayıb ki, Toyota Camry yaradıldığı zaman onun yeni səviyyəyə çatmasına imkan verən dinamikası, idarə olunması və ümumi performans göstəricilərinə xüsusi diqqət yetirildi. Yeni nəsil Toyota Camry Yaponiya şirkətinin ən son həlli - TNGA universal platforması (Toyota New Global Architecture - Toyota Yeni Qlobal Arxitekturası) əsasında yaradılıb. O yüngül, optimallaşdırılmış bir platforma, yüksək performanslı bir mühərriki ilə seçilir. Bu, öz növbəsində, avtomobilin sahibinə yollarda nəzarət, manevr, aerodinamika və təhlükəsizliyin yeni üstünlüklərini bəxş edir.

Təlimatçıların rəhbərliyi altında keçirilən çox məhsuldar test-drayvda jurnalistlər yeni Toyota Camry-nin ən yüksək performansının şahidi oldular. Hətta rəqibləri ilə müqayisədə, hansıki əslində yapon markasının səviyyəsindən çox uzaq idilər. Orada həm mühərriki 2,5 litr həcmi olan bir avtomobil, həm də ən bahalı komplektasiyası olan mühərriki 3,5 litr və 301 at gücünə malik avtomobil təqdim edildi. İlk baxışdan bu avtomobil idman və aqressiv dizaynı, yeni LED optikləri, "cəsarəti", hər detalın zərifliyi ilə diqqəti çəkdi. Məsələn, Toyota Camry-ni təqdim edən cənab Katsumata yan güzgülərin yuxarı səthindəki dörd kiçik burulğan nöqtəyə diqqət çəkti. Demək olar ki, görünməz olan bu qurğular sürətli idarəetmə zamanı yan güzgülərin fitini aradan qaldırmaq üçün nəzərdə tutulub. Əslində, bu kiçik detal çox şey deyir - yeni Toyota Camry-də hər bir detal düşünülüb. Yeni nəsil Camry ilə biz insanları şövqləndirmək istədik. Odur ki, avtomobilin idarə olunması və praktikliyi baxımından mükəmməl ola biləcək, insanlara fiziki və mənəvi zövq verə biləcək yeni bir sedan konsepsiyasını ərsəyə gətirdik.

Bu avtomobili hazırlayarkən, onun idarəetmə dinamikasına və ümumi istismar göstəricilərinə xüsusi diqqət yetirdik ki, bu da Camry-ni yeni bir səviyyəyə çatdırdı”- deyə, cənab Katsumata diqqətə çatdırdı.

Şəxsən mən Toyota Camry-nin 3.5 mühərrik modelini “səssiz canavar” adlandırmaq istərdim. Mühərrik doğrudan da canavar kimidir və hər şeyə dərhal reaksiya verir. Sükan arxasında sağ qalmaq üçün ani qərarlar olduqca önəmlidir. Camry yerindən tərpənərkən necə lazımdırsa sürət yığdığı kimi, dayanmaq zərürətində də eyni cür effekt verə bilir.

Camry-nin 2.5 mühərrikini incə avtomobil sürənlərə, xanımlara və işgüzar görünməyə çalışanlara tövsiyyə edərdim. Amma 3.5 mühərrik tam başqa bir hislər oyadır. Bu modeli iş üçün, səyahət üçün və lazım olanda sport avtomobillə əyləncəyə getmək üçün idarə etmək mümkündür.

Son model Toyota Camry aktyordur və sizin istədiyiniz obraza girə bilər. Onu sürdükcə sürücünün yol və avtomobil üzərində tam və inamlı nəzarət hissi yaranır. Toyota mühəndisləri bunların hamısına avtomobildə aşağı çəkmə mərkəzinin, müstəqil asma, sərt kuzov, əla səs-küy izolyasiyası (motor, yol və külək eşidilmir), hamar işləmə və təhlükəsizliyin olması ilə nail olub. Eyni zamanda Toyota Camry olduqca qənaətcil bir avtomobildir. Hətta 3,5 litr mühərriki ilə 100 metri 6,9 saniyəyə yığarkən, ortalama yanacaq istehlakı 100 kilometrdə 8,7 litrdir. Üstəlik yapon mühəndislər buna gözəl bir dizayn əlavə edib. 12 hava yastığı və 30 faiz artan kuzov qüvvəsi isə avtomobilin daha təhlükəsiz olmasını təmin edir. Avtomobilin interyerində axıcı çizgilərdən istifadə edilib. Bu da sənətkarlıq nümunəsi kimi görünür və insanların gözünü oxşayır. Təsadüfi deyil ki, Camry 5 ulduzla mükafatlandırılıb.

Avtomobil Azərbaycan yolları üçün tam uyğunlaşdırılıb. Nəzərə almaq lazımdır ki, Toyota Camry Cənubi Qafqazda öz seqmentində ən çox satılan avtomobildir. Yəni, satılan hər üç avtomobildən biri Toyota Camry-dir. Şirkət bu il də bu uğuru stabil saxlamağı düşünür. Qeyd etmək yerinə düşər ki, Camry-nin ən güclü mühərrikə sahib modeli də Cənubi Qafqaz ölkələrindədir. Məsələn, 3.5 motor Camry Rusiya və Ukrayna bazarında yoxdur.

Yeri gəlmişkən, Amerika və Rusiyada satış üzrə birinci yerdə məhz Totota Camry-dir.

Toyota Camry-nin test-drayvı zamanı avtomobil haqqında söylənənlər təsdiqləndi - gizli güc sürücüyə xüsusiyyətləri bütün gözləntiləri aşan bir avtomobili idarə etmədən sevinc hissi verdi. Geniş salon (həm sürücü, həm sərnişinlər üçün), ən yüksək keyfiyyətli dəri və işləmə materialları, sürücü kreslosundan əla görünüş sahəsi, həssas sükan, böyük və məlumatlı sensor ekran, əla audio və multimedia sistemi sürücünü sevindirir və gözəl əhval-ruhiyyə yaradır. Hərəkət zamanı isə Toyota Camry-nin gözə çarpmayan, lakin səlist işləyən 8 pilləli sürət qutusu tez bir zamanda sürət yığma bacarığı, əyləclərin dərhal reaksiyası və həssas sükanı ilə müsbət emosiyalardan olan bir fırtına yaratdı.

Əlbəttə, güclü mühərrik sürəti sevənlər üçündür. Sürəti düşünərkən zamana qənaət etmiş oluruq. Lakin bu arada təhlükəsizliyi yaddan çıxarmaq olmaz. Bax bu anda Toyota Camry-nin əyləc sisteminin necə işlədiyini sadəcə hiss etmək lazımdır. Şəxsən mənimçün bu test-drayv mükəmməl avtomobilə sahib olmaq arzusunu yaratdı. Çünki nəqliyyat təhlükəsizliyi eksperti olaraq hər zaman təhlükəsiz avtomobilləri daha çox önə çəkirəm və tövsiyyə edirəm. Camry məhv belə avtomobillərdəndir. Əyləcə azacıq toxunmaq kifayət edir ki, avtomobil yığdığı sürəti unudub asfalata “yapışsın” və cəmi bir neçə metr məsafədə dayansın. Azərbaycan reallığında düzgün ara məsafəsi saxlamayan sürücülər üçün qəfil tormozlama daim aktual olduğu üçün Camry bu işdə sürücüyə yardımçı ola bilər. Digər tərəfdən, heç gözləmədiyiniz anda qarşınıza qəfildən piyada və ya heyvan çıxarsa Camry ilə bu maneələrlə toqquşmadan yan keçə bilərsiniz.

Toyota Camry-nin yeni nəsli idmanın, komfortun, mötəbərliyin, cəsarətin və gözəlliyin əla sintezidir.

Tam yeni Toyota Camry saysız-hesabsız mükafatlara malik olan və satışa ilk dəfə 1982-ci ildə çıxarılan modelin 8-ci nəslidir. Yaponiyada və 6-cı nəsildən başlayaraq Rusiyada da istehsal olunan Camry-nin 100-dən çox ölkədə 19 milyondan çox modeli satılıb. İldə 700 000 ədəddən çox satılmaqla Camry D və E seqmentlərində dünyada ən çox satılan sedandır.

Daha geniş və aerodinamika baxımından daha effektiv olan yeni Camry Toyota-nın “Katamaran” adlı inamlı, cəsarətli və fərqləndirici dizayn üslubuna malikdir. Daha alçaq radiator qəfəsi, demək olar ki, bütün bamper sahəsini tutur, bamperin yan tərəfləri isə katamaran gövdəsini xatırladır.

Salona gəldikdə isə Camry-nin ağırlıq mərkəzini aşağı salmaq üçün həm döşəmə, həm də oturacaqlar endirilib. Salonun interyeri olduqca zərif, dəbli və rahatdır. Yeni cihazlar paneli o qədər mükəmməl yerləşdirilib ki, sürücü üçün ideal bir mühit yaradır. Yeni, idmansayağı ön oturacaqlar və salonun genişləndirilmiş arxa hissəsi sayəsində Camry-nin ümumi komfortu daha da təkmilləşdirildi.

Avtomobildəki bütün düymələr daha həssas, dəbli və funksional oldu. Yeni Camry-nin HMI (insan-maşın) interfeysində asanlıqla oxuna bilən məlumat displeyləri var - bu, rəngli, 7 düymlü, yüksək müşahidəyə malik Multi-informasiya displeyi və özündə Toyota-nın Touch® 2 ilə Go multimedia sistemini birləşdirən 8-düymlü mərkəzi konsol displeyidir.

 

Elməddin Muradlı,

Bakı-Tbilisi-Rustavi-Bakı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh