Avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb

Avtoreyd 7 Mart 2018 12:41 Oxunub 1631
Avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Alıyev işdən azad edilib

Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb. “Report” xəbər verir ki, bununla bağlı qərar sərnişinlərdən birinin şikayəti əsasında qəbul edilib.  Belə ki, vətəndaş avtobusun sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edib. BNA-nın ictimai nəqliyyatın tənzimlənməsi şöbəsinin müdiri İlqar İbrahimovun imzası ilə daxil olan cavab məktubda bildirilib ki, 142 nömrəli marşrut üzrə istismar olunan 10-TG-620 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı müraciətə baxılıb: “142 nömrəli marşrutun müvəqqəti istismarçısına adı çəkilən marşrut üzrə xidmət göstərən sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olmaması ilə bağlı müvafiq tədbir görməsi və nəticə barədə agentliyə məlumat verməsi tapşırılıb. Daşıyıcı bildirib ki, marşrut üzrə xidmət göstərən sürücülər və əlaqədar şəxslərlə ümumi iclas keçirilərək təlimatlandırılıb və 10-TG-620 dövlət nömrə nişanlı avtobusun sürücüsü Alıyev Vaqif Qaçay oğlu 15.02.2018-ci il tarixində işdən azad edilib”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh