Məktubların çatdırılması üçün pilotsuz avtomobillərin sınağı başlanıb

Texnologiya 7 Mart 2018 19:07 Oxunub 1395
Məktubların çatdırılması üçün pilotsuz avtomobillərin sınağı başlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sınaqların keçirilmə vaxtı barədə hələlik məlumat verilmir

Yaponiya Poçtu şöbələr arasında məktubların çatdırılması məqsədilə şəhər küçələrində hərəkət edəcək pilotsuz avtomobillərin sınağına başlayıb. Azərtac xəbər verir ki, parlaq qırmızı rəngdə, üzərində Yaponiya Poçtunun emblemi olan pilotsuz avtomobilin təqdimatı martın 7-də Tokioda olub. Sınaqlar zamanı pilotsuz avtomobilin Yaponiya Poçtunun mənzil-qərargahından təqribən iki kilometr məsafədə yerləşən Qinza rayonundakı digər şöbəyə hərəkəti nəzərdə tutulur. Sınaqların keçirilmə vaxtı barədə hələlik məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh