Azərbaycanda bu möhtəşəm yolun bir də videosuna baxın - VİDEO

Avtosfer TV 7 Mart 2018 14:19 Oxunub 12624
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik 26 kilometrlik Aran-Qarağacı yolunun görüntülərini yayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26 kilometrlik Aran-Qarağacı hissəsinin bərpasından sonra çəkilmiş videosunu yayıb.  Avtosfer.az xəbər verir ki, Aran-Qarağacı hissəsinin tikintisi yol boyu yerləşən Yevlax rayonunun 12 yaşayış məntəqəsinin 22 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını bazarlara rahat və tez bir zamanda daşımasına şərait yaratmaqla kənd təsərrüfatının inkişafına səbəb olacaq. Bundan başqa, Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikada regionlar arasında (Yevlax, Bərdə, Beyləqan inzibati rayonları) iqtisadi əlaqələrin inkişaf etdirilməsi, turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması və s. xüsusiyyətləri ilə yanaşı, “Şərq - Qərb” və “Şimal – Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən bir yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

Avtosfer.az yolun görüntülərini təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Samir mikayilov 7 Mart 2018 20:53
cermem varmi piyada