Bu gün qadın sürücülərə qarşı reyd olacaq - Cərimə əvəzinə hədiyyə - FOTO

Avtoxəbər 8 Mart 2018 01:23 Oxunub 3158
Bu gün qadın sürücülərə qarşı reyd olacaq - Cərimə əvəzinə hədiyyə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücülərə DYP-nin və müxtəlif şirkətlərin 8 hədiyyəsi təqdim olunacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün qadın sürücüləri, eləcə də digər yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək. Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hər il olduğu kimi, bu il də Bakı şəhər DYPİ təbliğat işinin gücləndirilməsi, sürücülərin maarifləndirilməsi, yol qəzalarının sayının azaldılması məqsədilə 8 Mart bayramı münasibətilə yol hərəkəti qaydalarına riayət edən nümunəvi qadın sürücüləri təbrik edəcək. Həmçinin qadınlara hədiyyələr də təqdim olunacaq. İlk növbədə həmin qadın sürülərlə bağlı DYP-nin Mərkəzi Məlumat Sistemində araşdırma aparılacaq. Əgər həmin sürücünün il ərazində qayda pozmadığı və barəsində inzibati tənbeh tədbiri seçilmədiyi aşkar olunarsa o zaman ona DYP-nin və müxtəlif idarə və müəssisələrin 8 hədiyyəsi təqdim olunacaq. Hədiyyə verən qurumlar arasında Avtosfer.az saytı, "Gomas Avto", Monza yağları, SOCAR Petrolium və başqaları var.

Hədiyyə təqdim edən şirkətlərin tam siyahısı belədir:

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh