Dövlət Yol Polisi xanım sürücülər arasında reyd keçirdi - FOTO

Yol polisi 8 Mart 2018 14:02 Oxunub 2538
Dövlət Yol Polisi xanım sürücülər arasında reyd keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
8 Martda qayda pozanlara cərimə protokolu yox, hədiyyə verildi

Yol polisi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib. Paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər “Nümunəvi xanım sürücü” kimi mükafatlandırılıblar.

Reyd zamanı qayda pozuntusu olan xanım sürücülərə də rast gəlinib. Lakin yol polisi bu gün onlara cərimə yazmayaraq törətdikləri qayda pozuntusunu izah edib, maarifləndirici söhbətlər aparıb və qaydalara əməl etməyi tövsiyyə edərək hədiyyələr təqdim edib. 21 şirkətin hədiyyələri təxminən 200-dən artıq xanım sürücüyə paylanılıb. Hədiyyələr arasında pulsuz yanacaq, restorana 2 nəfərlik şam yeməyi, pulsuz yağdəyişmə, kosmetika məhsulları, avtomobil aksessuarları və digər kuponlardan ibarət olub.

Yol polisi budəfəki reyd zamanı yollarda təmizlik işləri ilə məşğul olan xanımları da unutmayıb. Onlara da müxtəlif hədiyyələr təqdim edilib. Eyni zamanda, piyada xanımlar arasında da yol polisindən hədiyyə alanlar olub. Ən maraqlı hal isə xarici turistlərlə bağlı olub. DYP-nin keçirdiyi reydi maraqla izləyən turistlər yol polisinin diqqətindən kənarda qalmayıb. Xanım turistlərə yol polisi tərəfindən güllərin verilməsi onları sevindirib və ölkəmizlə bağlı xoş sözlərlə fikirlərini ifadə ediblər. 

Reydlərdə azyaşlı uşaqların yol polisi geyimində iştirak etməsi isə xanım sürücüləri xeyli sevindirib və təəccübləndirib.

Avtosfer.az həmin reydən fotoları təqdim edir:

 

Elməddin Muradlı 

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28685488_10211817841423239_9210636595533709312_n.jpg?oh=5526623979a0a366579ba55e844eca15&oe=5B391F26

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28795686_10211817841703246_3771976249421856768_n.jpg?oh=a92295ef9d91c219bb4ede69fee16d5f&oe=5B3BD110

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28660949_10211817844143307_8292304267604131840_n.jpg?oh=c0963a3e1a9d150113a14964405fb9c6&oe=5B3B5131

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28660959_10211817836903126_2610187157767192576_n.jpg?oh=38ba7bb8c6fe39800603766e964f6244&oe=5B4219EF

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28661470_10211817844303311_6774109744526262272_n.jpg?oh=79902610e564957f64bb633182b06ffa&oe=5B03677D

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28783068_10211817843583293_7731961166057963520_n.jpg?oh=b4c179c446013769b6a1a0791c119752&oe=5B034C23

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28577814_10211817841583243_1212866015264768000_n.jpg?oh=7b8c7c90db775c80dd6f8b72ffd8f604&oe=5B0B0591

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28661088_10211817839863200_354769259336826880_n.jpg?oh=117b4f402a64a4c52de87e7ad08568ab&oe=5B0DA542

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28795301_10211817840063205_1901729527743119360_n.jpg?oh=7a834f9ab3227af1199a87c7e5a52f49&oe=5B496621

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28577720_10211817840223209_8968001407512739840_n.jpg?oh=50d26399fb4eb30e2c9109bb6fc06a69&oe=5B492961

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28783120_10211817837623144_5113183790230929408_n.jpg?oh=fd87ddd0aece97e0d506afd3d0fb5f07&oe=5B48A501

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28783256_10211817842223259_3766765015277764608_n.jpg?oh=77960864c847be7ceb4b9d201959ebc0&oe=5B4C3E7B

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28783593_10211817843623294_8179774178828746752_n.jpg?oh=c24512d1674745d037a784fbb4eefafe&oe=5B029637

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28660995_10211817841143232_4965210596241833984_n.jpg?oh=a33ebcdb787520d0f5f25f2c197b238b&oe=5B021C09

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28685012_10211817837063130_9190935730870812672_n.jpg?oh=d2c56747b5b9cf1558d6439d9570704a&oe=5B4BE777

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28782659_10211817844063305_6716399286877159424_n.jpg?oh=e1000c32c7b65bce3740e175c1bbe9fa&oe=5B4B3388

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/28783050_10211817844263310_2984361882506231808_n.jpg?oh=3f8806c36b0b936faab7ac03a9436a8f&oe=5B080574

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh