Polisin qadın müstəntiqi - FOTO

Yol polisi 8 Mart 2018 19:19 Oxunub 5141
Polisin qadın müstəntiqi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün onun da bayramıdır

Bu gün daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında kişi həmkarları ilə bərabər qadın əməkdaşlarımız da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və fədakarlıqlar nümayiş etdirirlər. Qürurverici hissdir ki, bu gün qadınlar daxili işlər orqanları kollektivinin mühüm bir hissəsini təşkil edir və müəyyən istiqamətlər üzrə təkanverici qüvvəyə çevrilmişlər. Sevindirici haldır ki, bu qadınların hər biri gözəl xanım, ana olmaqla yanaşı, həm də vətənimiz Azərbaycanın qoruyucusudur. Onların bayramı ərəfəsində həmsöhbət olduğum Mətanət Həşimova da güclü iradəsi ,vətənpərvərliyi  və fədakarlığı ilə seçilən əməkdaşlarımızdandır.  O, 1998-ci ildən Balakən Rayon Polis Şöbəsində Post Patrul Xidmətində  polis nəfəri kimi  xidmət etməyə başlayıb. Sonradan DİN-in Polis Akademiyasında aldığı təhsildən sonra bir sıra vəzifələrdə -yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun, kadrlar qrupunun inspektoru kimi xidmətini davam etdirib. 2015-ci ildən etibarən isə RPŞ-də müstəntiq kimi çalışır. 

M.Həşimova gərgin iş rejiminin olmasına baxmayaraq ailəsinə də vaxt ayırmağı yaddan çıxarmır. Söhbət əsnasında gülümsəyərək –“  Ailə qurduğum  insan da yaxşı ki, polis əməkdaşı olub. O, mənim işimi daha yaxşı başa düşür və anlayışla qarşılayır- deyir.  2 oğul anası olan M.Həşimova onların təhsilinə xüsusi diqqət yetirir, vaxt tapıb dərslərinə də köməklik edir. Ən böyük arzusu isə vətənə, xalqa sədaqətlə xidmət edən övladlar yetişdirməkdir.

Beynəlxalq Qadınlar Günü münasibətilə  M.Həşimovanın timsalında bütün xanımlarımızı təbrik edir, çətin , lakin çox şərəfli işlərində uğurlar arzulayırıq

 

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh