Bakıda ana qızları ilə oğurluq etdi - Mağaza görüntüləri yaydı

Xəbərlər 9 Mart 2018 16:42 Oxunub 3159
Bakıda ana qızları ilə oğurluq etdi - Mağaza görüntüləri yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluq edən şəxslər polis bölməsinə aparılıb

Paytaxtda fəaliyyət göstərən mağazalardan birində oğurluq hadisəsi baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb. Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb. Oğurluq edən şəxslər polis bölməsinə aparılıb. Sözügedən hadisəni əks etdirən görüntülər mağazanın instaqram hesabında yerləşdirilib. İzləyicilər 1 manata görə belə addım atan ana və qızlarını sərt tənqid edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh