Cenevrədə uçan maşın təqdim olundu – VİDEO

Avtodünya 10 Mart 2018 11:33 Oxunub 2140
Cenevrədə uçan maşın təqdim olundu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aeromobilin 499 min avroya satışa çıxarılacağı bildirilir

Niderlandın “PAL-V” şirkəti Cenevrədə keçirilən beynəlxalq avtosərgidə “Liberty” uçan maşın modelinin yeni seriyasını  ictimaiyyətə təqdim edib. Oxu.az xəbər verir ki, istehsalçı avtosalonda demonstrativ uçuş təşkil etməsə də, sərginin başa çatmasından sonra onun istismarına icazə verilməsi üçün müvafiq lisenziyaların alınması ilə məşğul olacaqlarını bildirib. 

Aeromobilin yaxın zamanda Avropa və ABŞ-da kommersiya məqsədilə satışa çıxarılacağı gözlənilir. Uçan maşın 3500 metrə qədər yüksəkliyə qalxa bilir. Uçuş-eniş üçün mütləq 200 x 200 metr açıq sahənin olması tələb olunur. Havada aeromobil saatda 180 km-ə yaxın sürət yığa bilir, yerdə isə maksimum sürət 160 km/saata yaxındır.  Yanacaq çəni tam dolu olan “Liberty” bir uçuşa 500 km-ə qədər məsafəni qət edə bilir. Aeromobilin 499 min avroya satışa çıxarılacağı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh