Sumqayıtda yol polisləri hamilə qadını xilas etdi - Əri təşəkkür etdi

Yol polisi 11 Mart 2018 00:19 Oxunub 2751
Sumqayıtda yol polisləri hamilə qadını xilas etdi - Əri təşəkkür etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili yardım gələnə kimi xanımı DYP avtomobili ilə xəstəxanaya çatdırıblar

Sumqayıtda yol polisləri hamilə qadını xilas etdilərSumqayıtda  yol polisləri hamilə qadını xilas ediblər. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. Dünən saat 11:30 radələrində ərazidə fəaliyyət göstərən kənd təsərrüfatı mallarının yarmarkasında həyat yoldaşı ilə alış-veriş edən hamilə qadının qəfil sancısı tutub. Ərazidə xidmət aparan yol polisləri təcili yardım avtomobili gələnə kimi xanımı öz avtomobilləri ilə xəstəxanaya çatdırıblar. 

Bu haqda Xeberle.com-a açıqlama verən qadının həyat yoldaşı Mahir Tağıyev məlumatı təsdiqləyib. M.Tağıyev xanımına kömək edən polislərə öz minnətdarlığını bildirib.

Araşdırmamız nəticəsində məlum oldu ki, hamilə qadına 99 YP 166 dövlət nömrə nişanlı avtomobillə ərazidə xidmət aparan Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis  kapitanı Rəşid Məcidov və polis baş serjantı Elvin İsmayılov kömək ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh