Bakının ən əsəbi sürücüsü “Prado” ilə kameraya düşdü - VİDEO

Avtoreyd 11 Mart 2018 22:16 Oxunub 11385
Bakının ən əsəbi sürücüsü “Prado” ilə kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Toyota” avtomobilinin sürücüsü qəzəblənərək sağ-sol gedir

Martın 8-də paytaxtda qayda pozaraq təhlükə yaradan sürücünün görüntüləri digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Nobel prospektindən sola Ramiz Quliyev küçəsinə dönmək istəyən 10-ZV-026 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü öz zolağında yerləşə bilməyərək sağındakı avtomobilin zolağına keçmək istəyib. Sağındakı avtomobil haqlı olaraq ona yol vermədikdə həmin “Toyota” avtomobilinin sürücüsü bundan qəzəblənərək Ramiz Quliyev küçəsində qəfil sağ zolağa keçməklə həmin sürücüyə qəza şəraiti yaradıb. O, biraz hərəkət etdikdən sonra yenə də qəfil sol zolağa yerdəyişmə edərək eyni hərəktləri təkrarlayıb.

Qeyd etdiyimiz sürücünün törətdiyi xətaların arasında zaman kəsiyi olduğu üçün hər üç manevr qaydasına görə ayrı-ayrılıqda protokol tərtib edilməlidir. Ümid edirik ki, DYP idarəsi həmin sürücü barəsində müvafiq tədbir görəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh