Futbol matçı zamanı stadiona vertolyot enib

Maraqlı 11 Mart 2018 02:30 Oxunub 3368
Futbol matçı zamanı stadiona vertolyot enib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, azarkeşlərdən birinin vəziyyətinin pisləşməsi səbəbindən baş verib

Futbol üzrə İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb. Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər.

"The Sun" nəşri yazır ki, azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh