Nazir göstəriş verdi – DYP-nin Alay komandiri Bərdədə görüş keçirdi - VİDEO

Yol polisi 11 Mart 2018 23:05 Oxunub 5549
Nazir göstəriş verdi – DYP-nin Alay komandiri Bərdədə görüş keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Balakişi Əhmədov: “Təbliğat işinin aparılmasında yerli icra orqanları da yol polisinə kömək etməlidir”

DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov Bərdə rayonunda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai dəstəyə həsr edilmiş görüş keçirib. Avtosfer.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi əsasında keçirilən və 300 nəfərin qatıldığı görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, icra nümayəndələri və digər idarə-müəssisə rəhbərləri də iştirak edib. Görüşdə əhalinin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsində yeri icra orqanlarının rolu, onların bu işdə yol polisinə dəstəyi, hərəkətin təhüləsizliyinin bir təmini və yol nəqliyyat hadisələrinin sayının azaldılmasına çalışmağın vacibliyi qeyd olunub.

Xidmətin təşkili ilə bağlı ərazidə xidmət aparan tağım komandirlərinə tapşırıqlar verildiyini deyən DYP rəisinin müavini Balakişi Əhmədov rayon ərazisində maldarlığın, kənd təsərrüfatının inkişaf etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, polkovnik qeyd edib ki, bəzən kənd sakinləri mal-qara ötürərkən qaydalara əməl etmir, heyvanları sahibsiz buraxır, günün qaranlıq vaxtında, görünmənin məhdud olduğu yerlərdən mal-qara ötürür və bu da ağır qəzalara səbəb olur. Hansı ki, bütün bunlar qanunvericiliklə qadağan edilib.

Kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə olmasının zərüriliyini qeyd edən Alay komandiri bildirib ki, nasaz traktor və digər texnikalarla ümumi istifadədə olan yollara çıxmaq təhlükədir və qadağandır. Belə texnikiların işıq sistemi, işıqqaytarıcı elementləri saz vəziyyətdə olmalıdır.

Polkovnik piyadalara da səslənib. Bildirib ki, piyadalar yol şəraitinə uyğun olaraq yol çiyni ilə həmişə nəqliyyat axınına qarşı hərəkət etməlidir. Günün qaranlıq vaxtında üzərlərində işıq əks etdirən elementdən, əllərində olan alışqandan, mobil telefondan və cib fənərlərindən istifadə etməklə öz təhlükəsizliklərinə qismən də olsa təminat verməlidirlər. Qeyd olunub ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus və taksi sürücülərinin iş və istirahət rejiminə də ciddi nəzarət olunmalıdır. Bu, onların özlərinin və sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün çox önəmlidir.

Görüşdə çıxış edən bələdiyyə sədrləri yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlərin qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, bəzi çatışmazlıqları da dilə gətiriblər. Qeyd olunub ki, yol ayrıclarında işıqforların, yollarda müasir tipli sürətölçən cihazların quraşdırılmasına, yerüstü piyada keçidlərinin qurulmasına və piyada zolaqlarının çəkilməsinə ehtiyac var. Alay komandiri bu məsələlərin həllinə çalışacağını qeyd edib.

Görüşdə YPXA-nın xidmətindən razılıq bildirilib və Bərdə ictimaiyyəti bu görüşün keçirilməsinə görə DİN rəhbərliyinə təşəkkür edib. 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh