Azərbaycanın tank sürən hərbçi qızları - FOTO  

Yazarlar 11 Mart 2018 19:46 Oxunub 1504
Azərbaycanın tank sürən hərbçi qızları - FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir”

Azərbaycan Sərhəd Qoşunlarının T-72AB müasir tankının qadın ekipajı hərbi maşını məharətlə idarə edir. Avtosfer.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb. Nəşr xatırladır ki, Azərbaycanın Sərhəd Qoşunları müasir hərbi texnika, o cümlədən döyüş meydanında müasir manevrləri ilə əminliklə liderlik edən Rusiyanın T-72AB tankları ilə tamamilə təchiz edilib. Amma onları məhz qızların idarə etdiyi ilk dəfədir məlum olub. Nəşr vurğulayır ki, yəqin, dünyada heç bir sərhəd qoşunları Azərbaycanın Sərhəd Qoşunları kimi belə yaxşı silahlanmayıb: “Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir. Bu da təbiidir. Axı bu elit bölməyə düşmək elə də asan deyil-onlar öz bacarıqlarını güclü cinsin təmsiçilərinə daim göstərməli olurlar”.

http://qafqazinfo.az/uploads/images/230901_src.jpeg

Xatırladaq ki, T-72 “Ural” SSRİ-nin əsas tanklarının ikinci nəslinin ən kütləvi döyüş maşınıdır. T-72 Nijni-Taqildəki Ural Vaqon Zavodu tərəfindən hazırlanır və istehsal olunur. SSRİ Silahlı Qüvvələrində silahlanmaya 1973-cü ildə qəbul edilib. “Ural” MDB ölkələrinin silahlanmasında özünəməxsus yer tutur. Varşava Müqaviləsi ölkələrinə, eləcə də Finlandiya, Hindistan, İran, İraq və Suriyaya ixrac edilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh