Sürücülərə şad xəbər! Zabrata yeni yol çəkilir - VİDEO

Yeniliklər 11 Mart 2018 23:59 Oxunub 1758
Sürücülərə şad xəbər! Zabrata yeni yol çəkilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə yeni tunel qazılır, bərkitmə işləri həyata keçirilir

Ziya Bünyadov prospekti ilə Hava Limanı yolunu birləşdirən yeni tunelin çəkilişi sürətlə davam etdirilir. Qazıntı işlərinin bitməsinə 80 metr qalıb. Bundan başqa Zabrat istiqmətinə dönən avtomobillərin tuneldən çıxacaq maşınlara mane olmaması üçün yeni yol da salınır. Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə yeni tunel qazılır, bərkitmə işləri həyata keçirilir. Görüntlər Bakı Olimpiya stadionun qarşısındadır. Ziya Bünyadov prospekti ilə Hava limanı yolunu birləşidrəcək yeni tunelin inşası davam etdirilir. Artıq yolun hər iki tərəfindən tunel qazılıb əsas işlər Hava limanı yolunun altında qalıb. Hazırda bu ərazidə yolun iki zolaqı bağlanılıb və bu yerdə tunel qazılaraq üstü örtülür. Növbəti mərhələdə bu zolaqlar istifadəyə veriləcək və digər zolaqlarda hərəkət bağlanacaq.

Bundan başqa Zabrat istiqamətinə dönən avtomobillərin tuneldən çıxacaq maşınlara mane olmaması üçün yeni yolda salınır.

Həm yolun həmdə tunelin istifadəyə veriləcəyi vaxtda bəllidir.

Qeyd edək ki, 2 zolaqdan ibarət olacaq yeni tunelin tikilməsində əsas məqsəd günün pik saatlarında Koroğlu metro stansiyasının ətrafında yaranan sıxlıqın aradan qaldırılmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh