Biznesmenin qızı qəzada öldü, gələn ay toyu olacaqdı - 11 ölü - FOTO

Avtosfer Foto 12 Mart 2018 00:02 Oxunub 8737
Biznesmenin qızı qəzada öldü, gələn ay toyu olacaqdı - 11 ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerə düşən təyyarə yanmağa başlayıb

Türkiyə sərnişin təyyarəsi İranın cənubunda qəzaya uğrayıb. Bu barədə İSNA agentliyi məlumat yayıb. Məlumata əsasən, qəzaya uğrayan şəxsi təyyarə olub. Hava gəmisi Şardca-İstanbul reysi üzrə hərəkət edirmiş. Qəza Çexarmexal və Baxtiyariya əyalətində qeydə alınb. Yerə düşən təyyarə yanmağa başlayıb. Hadisə yerinə xilasedici briqada göndərilib.

***

Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Avtosfer.az "Hürriyet"ə istinadən xəbər verir ki, təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Qəza nəticəsində sağ qalan olmayıb.

Qeyd edək ki, Minə Başaranın gələn ay toyu olacaqdı.




 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh