İmişlidə motosikl avtomobillə toqquşub, 1 yaralı

Qaydalar 12 Mart 2018 00:45 Oxunub 1627
İmişlidə motosikl avtomobillə toqquşub, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb

İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Motosikletlə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarətsiz ötüşsə də, motosikldə olan rayonun Qaralar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Kamil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh