Sumqayıtda dəhşət: 2 ölü, bir neçə ağır yaralı var - VİDEO
Qəzalar 12 Mart 2018 09:52 360 dəfə oxunub
Sumqayıtda dəhşət: 2 ölü, bir neçə ağır yaralı var - VİDEO
“Hyundai” “Oka” ilə toqquşub, hadisə yerinə polis əməkdaşları cəlb olunub

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə 50-BY-671 dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb. Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb. Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh