Pilotsuz poçt maşınının sınağına başlayıb - Yaponiya

Texnologiya 12 Mart 2018 18:30 Oxunub 1404
Pilotsuz poçt maşınının sınağına başlayıb - Yaponiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mikroavtobus 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək

Yaponiya Poçt Xidməti Tokionun mərkəzi küçələrində bağlama, məktub və digər yazışmaların daşınması üçün pilotsuz avtomobilləri sınaqdan keçirməyə başlayıb. “Report” xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb. Xüsusi hazırlanmış "Toyota Estima" mikroavtobusu martın 16-dək 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək. "Bu trassa mərkəzi poçtamt ilə Tokio baş dəmiryol vağzalını və Qindzanın mərkəzi məhəlləsindəki poçt şöbəsini birləşdirir", — deyə idarə nümayəndəsi bildirib. Onun sözlərinə görə, pilotsuz maşında sınaq zamanı sürücü olacaq və zərurət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürəcək. Pilotsuz avtomobil sınaq zamanı böyük şəhərin son dərəcə gərgin küçələrində təhlükəsiz hərəkət etmək bacarığını sübuta yetirməldir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh