Bu da yeraltı avtobus - VİDEO

Texnologiya 12 Mart 2018 19:02 Oxunub 1365
Bu da yeraltı avtobus - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus saatda 200 km sürət yığa biləcək

“SpaceX” və “Tesla” kompaniyalarının yaradıcısı İlon Mask özünün "Twitter" səhifəsində yeraltı elektrobusun konseptini dərc edib. Avtosfer.az xəbər verir ki, Maskın sözlərinə görə, yeni ictimai şəhər nəqliyyatı növünün hazırlanmasını onun “The Boring Company” şirkəti həyata keçirir. Elektrobusun saatda 200 kilometrə qədər sürət yığacağı ehtimal olunur. O, həmçinin tunellər və liftlər arasında avtomatik keçid edə biləcək. Bununla yanaşı, yeni nəqliyyat vasitəsi əsasən piyadalar və velosipedçilər üçün nəzərdə tutulub. “İctimai nəqliyyatın bütün ehtiyacları ödənildikdən sonra sistem avtomobilləri də daşıya biləcək”. Habelə qeyd edir ki, layihənin reallaşdırılması üçün minlərlə kiçik dayanacaqlar tikiləcək. Bu, az sayda, lakin böyük ölçülü stansiyaların tikildiyi metro ilə yeni nəqliyyat vasitəsi arasında əsas fərq olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh