Yağışlı Bakı: əsas yolları hələ su basmayıb, amma... – FOTO + VİDEO

Yazarlar 12 Mart 2018 13:41 Oxunub 1644
Yağışlı Bakı: əsas yolları hələ su basmayıb, amma... – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərətrafı qəsəbələrdə və yaşayış məhəllərində isə ənənəvi mənzərə hökm sürür

Bakıda ötən gün axşamdan başlayaraq  fasiləsiz yağan yağış bu gün səhər saatlarında şəhərin əsas yollarında tıxacara səbəb olub. Lakin əvvəllər olduğu kimi əsas yolların və tunelləri su basması halları müşahidə olunmur. Virtualaz.org xəbər verir ki, şəhərin bütün əsas prospekt və küçələrində, o cümlədən Heydər Əliyev prospektində  qismən, Ziya Bünyadov prospekti və Yusif Səfərov küçələrində nəqliyyatın hərəkətindı sıxlıq, bəzi yollarda uzun tıxaclar müşahidə olunub. Şəhərətrafı qəsəbələrdə və yaşayış məhəllərində isə ənənəvi mənzərə hökm sürür. Bu ərazilərdə məhəllədaxili yollarda və küçələrdə iri gölməçələr yaranıb.

Məsələn, sakinlərin sözlərinə görə, Yeni Ramana qəsəbəsində yağışdan sonra yaranan gölməçələr səhər məktəbə gedən uşaqlar üçün çətinlik yaradıb. Oxşar vəziyyət Sabunçu Dəmiryol Vağzalının yaxınlığında da müşahidə olunub. Bu ərazidə bəzi həyətləri və yolları su basıb.

Paytaxtın digər yollarında isə hələlik vəziyyət o qədər də acınacaqlı deyil. Virtualaz.org Binəqədi, Nəsimi, Nərimanov, Xətai rayonlarının bəzi küçələrində  müşahidə aparsa da, subasma və iri yağış gölməçələrinə rast gəlməyib. Görünür son illər “Azərsu” ASC tərəfindən bəzi yollarda yağış sularının kənarlaşdırılması üçün kollektorların çəkilməsi öz müsbət nəticəsini göstərir. Bundan əvvəl hər dəfə intensiv yağışlardan sonra şəhərin bir sıra küçələri keçilməz olurdu.

Xatırladaq ki, qarşıdakı günlərdə də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı keçməsi gözlənilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh