Təcili yardım maşınlarına kamera quraşdırılacaq - Yol verməyənləri çəkəcək

Avtoxəbər 12 Mart 2018 14:49 Oxunub 1461
Təcili yardım maşınlarına kamera quraşdırılacaq - Yol verməyənləri çəkəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq bir neçə şirkətlə danışıqlar aparılıb və yaxın günlərdə bunun tədbiqinə başlanılacaq

"Ölkə üzrə 12 regional tibb məntəqəsinin təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Bununla da kütləvi hadisələr və hansısa ağır yol qəzası olanda dispetçer hadisənin vacibliyini yoxlayacaq və ona uyğun olaraq yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək". Avtosfer.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib. Onun sözlərinə görə, artıq bir neçə şirkətlə danışıqlar aparılıb və yaxın günlərdə bunun tədbiqinə başlanılacaq: "Önəmli olam avtomobilləri keyfiyyətli kameralarla təmin etməkdir".

M.Cəlalov qeyd edib ki, ötən il ərzində telesəhiyyə vasitəsilə 22 ixtisas üzrə 320 pasiyentə məsafədən 369 məsləhət verilib: "Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib və 79 pasiyent Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb. Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19 %-i), neyrocərrahiyyə (14 %) və nevrologiya ixtisası üzrə mütəxəssislər tərəfindən aparılıb".

O vurğulayıb ki, telesəhiyyə vasitəsilə ən çox Zaqatalada 30 çağırış olub, Quba 27, Bərdə 23, Gəncə, Masallı, Lənkəran 17 % xəstəyə məsləhət verilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh