Bakıda qayda pozan sürücülərin maşınları zibilxanaya döndü - FOTOLAR

Xəbərlər 12 Mart 2018 16:00 Oxunub 2299
Bakıda qayda pozan sürücülərin maşınları zibilxanaya döndü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Girişi zəbt etdikləri üçün zibil qablarının boşaldılması mümkün olmayıb

Oxuculardan biri paytaxtda dayanma-durma qaydasını pozan iki sürücü barədə redaksiyamıza fotolar göndərib. Avtosfer.az xəbər verir ki, Yeni Yasamalda Əsəd Əhmədov 45 ünvanında yerləşən yaşayış kompleksinin xüsusi hallar üçün nəzərdə tutulmuş darvazasının qarşısında 90-OU-915 qeydiyyat nişanlı "Toyota Camry" və 10-MH-779 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobillərin sürücüləri park edərək hərəkəti məhdudlaşdırıblar.

Əgər hər hansı bir gözlənilməz hal baş verərsə bu girişdən təcili tibbi yardım, tangınsöndürən avtomobilləri binanın həyətinə daxil ola bilməyəcək. Sakinlər üçün nəzərdə tutulan zibil qablarını boşaltmaq üçün də bu girişdən istifadə olunur. Ancaq girişi bu avtomobillər zəbt etdiyinə görə martın 12-də zibil qablarının boşaldılması mümkün olmayıb. Nəticədə sakinlər öz zibillərini həmin avtomobillərin üstünə atıblar.

Fotoları təqdim edirik.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh