Maşın həvəskarlarının diqqətlə izlədiyi sevimli mühərrik-şou başladı - FOTO

Avtodünya 12 Mart 2018 17:05 Oxunub 2877
Maşın həvəskarlarının diqqətlə izlədiyi sevimli mühərrik-şou başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın ən güclü super avtomobilləri Cenevrədə nümayiş etdirilir

İsveçrənin Cenevrə şəhərində 88-ci Beynəlxalq Avtosalon işə başlayıb. Avtosfer.az xəbər verir ki, Beynəlxalq Avtosalon maşın həvəskarlarının ən sevimli mühərrik-şoularından biridir.  Eyni zamanda istehsalçıların öz  yaradıcılıqlarını nümayiş etdirmək üçün ən uğurlu imkan şanslarıdır. Bu avtosalon həm də iri işgüzar, maliyyə və dipılomatik mərkəzdir. Deməli, bura yeni modellərlə tanış olmağa yalnız cibləri deşik tələbələr gəlmir. Yeniliklərlə tanış olmaq üçün imkanlı, maddi cəhətdən təmin olunmuş şəxslər yeni modellərin sərgisində həvəslə iştirak edirlər. Onlar üçün biletin qiymətinin 16 frank olması önəmli deyil. Avtosalon həm məhsullarını nümayiş etdirənlər, həm də bu məhsullara maraq göstərənlər üçün böyük imkanlar yaradır.

88-ci Cenevrə avtosalonu ictimaiyyətə 8 marta açılıb və 10 gün  davam edəcək. Sərgiyə 700 min qonağın gələcəyi gözlənir. Onları 180 iştirakçının stentlərində 900 model gözləyir. Onların bəzilərini təqdim edirik.

 

Pünhan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh