Polislərin sağlamlığının keşiyində duran cəfakeş həkim - FOTO

Yol polisi 12 Mart 2018 20:07 Oxunub 1548
Polislərin sağlamlığının keşiyində duran cəfakeş həkim - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyhan Zülfüqarova ömrünün düz 42 ilini bu müqəddəs peşəyə həsr edib

DİN-in Tibb İdarəsinin həkim-okulisti Reyhan Zülfüqarova polis əməkdaşlarının sağlamlığının keşiyində duran cəfakeş həkimlərimizdəndir. Özü də nə az, nə çox, ömrünün düz 42 ilini bu müqəddəs peşəyə həsr edib. Bu illərdə yüzlərlə, minlərlə xəstəyə şəfa verib, necə deyərlər, gözündən, görməsindən şikayəti olan əməkdaşların dərdinə əlac edib. Xəstələrin gözlərinə həm də qəlbinin duyğusuyla, ürəyinin nuru ilə məlhəm qoyub. Polis peşəsini, polis əməkdaşlarının işinin ağırlığını, gərəkliyini ailədən görüb, dəyərləndirib. Bəlkə yox, elə həqiqət budur ki, uşaq vaxtlarında bu peşə sahiblərinin sağlamlığının, güclü, dözümlü olmasının cəmiyyət üçün nə qədər dəyərli, əhəmiyyətli olduğunu görüb, qiymətləndirib. 

Atası - polis polkovniki, görkəmli hüquqşünas Ərzuman Əhməd oğlu Zülfüqarov daxili işlər orqanlarında  şərəf və ləyaqətlə xidmət edib, uzun illər Cinayət Axtarışı İdarəsinin rəisi olub, onun dəyərli fəaliyyəti, zəngin təcrübəsi gənc əməliyyatçıların, hüquqşünasların yetişməsində kitab kimi, dərslik kimi xüsusi önəm daşıyıb. 

O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, öz sənətini sevən həkimdir. Müqəddəs peşə sahibidir. 

Qızı Aysel də anasının, atasının, babasının yolunu davam etdirir,  DİN-in 1 saylı Poliklinikasında həkim-allerqoloqdur.

Qısa söhbətimizdə aldığımız təəssürat, qazandığımız bilgi bu qədər. Sonda Reyhan xanımın bir  tövsiyyəsini də istədik. Elə təcrübəli həkim kimi öz dili ilə deyək: "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin"...

 

Xəyalə Məmmədova,

Zeyni Hüseynov

DİN Mətbuat Xidmətinin əməkdaşları

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh