Tovuzda iki "VAZ" toqquşdu, biri mağazaya girdi - 2 yaralı
Qəzalar 13 Mart 2018 02:17 169 dəfə oxunub
Tovuzda iki "VAZ" toqquşdu, biri mağazaya girdi - 2 yaralı
Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Hərəkətdə olan  “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb. Yol qəzasında xəsarət alanlar var. Bunlar Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xəqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğludur. Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh