Sərnişin avtobusu piyadanı vurub - Bakıda
Qəzalar 13 Mart 2018 09:43 171 dəfə oxunub
Sərnişin avtobusu piyadanı vurub - Bakıda
Hadisə Pirşağı qəsəbəsində baş verib

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh