Mikroavtobus qəzaya düşdü: 6 nəfər xəsarət alıb - Şirvanda
Qəzalar 13 Mart 2018 09:48 159 dəfə oxunub
Mikroavtobus qəzaya düşdü: 6 nəfər xəsarət alıb - Şirvanda
Faktla bağlı araşdırma aparılır

Şirvan şəhərində sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şirvan-Salyan avtomobil yolunda, dəmiryolu tunelindən 200 metr məsafədə qeydə alınıb. Belə ki, “Şirvan oil”ə məxsus mikroavtobusun qəzaya düşməsi nəticəsində 6 nəfər - Xankişiyeva Tünzalə Adil qızı, Əliyeva Lətafət Şahüseyn qızı, Dadaşova Şərqiyyə Əbil qızı, Vəliyeva Gülüstan Fazil qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar Sabirabad rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh