Volkswagen 33 mindən çox maşını geri çağırır

Avtoxəbər 13 Mart 2018 10:31 Oxunub 2004
Volkswagen 33 mindən çox maşını geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesə aprelin 30-dan start veriləcək

Almaniyanın “ Volkswagen” avtokonserni süzmə klapanında olan pozuntulara görə, 33,142 avtomobili Çin bazarından geri çağırmağı planlaşdırır. Oxu.az xəbər verir ki, bu barədə Çinin məhsulların keyfiyyətinə texniki və karantin nəzarəti üzrə baş dövlət idarəsi məlumat yayıb.

Prosesə aprelin 30-dan start veriləcək.

Geri çağırılacaq avtomobillər 2014 dekabr – 2017 noyabr müddəti ərzində istehsal olunmuş “Tourage” modelindən olan krossoverlərdir.

Bu maşınların mühərrikləri güclü süzmə klapanları ilə təchiz olunub. Sistem suyu lazımı şəkildə süzmədikdə, bu maşının idarəolunması zamanı təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, bundan əvvəl 2017-ci ildə Çində təhlükəsizliklə əlaqədar 20 milyondan çox avtomobil geri çağırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh