Monteneqro İpək Yolu marşrutunun inkişafına real dəstək verəcək
Gündəm 13 Mart 2018 11:52 164 dəfə oxunub
Monteneqro İpək Yolu marşrutunun inkişafına real dəstək verəcək
"Yaxın vaxtlarda layihə tərəfləri əməkdaşlığın səmərəsini görəcəklər"

Monteneqro İpək Yolu marşrutunun inkişafına zəruri töhfə verəcək. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında Monteneqro parlamentinin sədri İvan Brayoviç deyib. İ.Brayoviç bildirib ki, Monteneqro bu marşrutun inkişafına real dəstək verəcək:

"Biz İpək Yolu marşrutunun iştirakçıları üçün əlverişli şərait yaratmaq üzərində işləyəcəyik".

Onun sözlərinə görə, Bakıda keçirilən konfrans virtual məqsədləri təqib etməyəcək:

"Yaxın vaxtlarda layihə tərəfləri əməkdaşlığın səmərəsini görəcəklər".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh