Qaradağda yol polisi magistralda piyadalara belə kömək edir - VIDEO

Avtosfer TV 13 Mart 2018 12:08 Oxunub 2359
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə YPXA-nın 6-cı tağımının əməkdaşları xidmət aparır

Yol polisləri hər gün magistral yolda vətəndaşların qarşı tərəfə keçməsi üçün yardım edir. Avtosfer.az xəbər verir ki, Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən ərazisində vətəndaşların rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçməsini təmin etmək məqsədilə BDYPİ-nin əməkdaşları xidmət aparır. Avtomobillərin sürətli hərəkət etdiyi yolda nizamlayıcı onların hərəkətini dayandıraraq sakinlərin yolu keçməsi üçün şərait yaradır. Avtosfer.az-ın əməkdaşı ərazidə çəkiliş apararkən vətəndaşlar yol polisinin bu addımından razılıq ediblər. Həmçinin təklif olunub ki, ərazidə yerüstü piyada keçidi olsa həm piyadalara rahat olar, həm də sürücülər hərəkət edə bilərlər. Yol polisi isə əlavə əziyətə düşməz.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh