Yevlaxda yanacaq daşıyan maşın "Tofaş"la toqquşub - FOTO
Qəzalar 13 Mart 2018 14:09 257 dəfə oxunub
Yevlaxda yanacaq daşıyan maşın "Tofaş"la toqquşub - FOTO
Hadisə yerinə polis əməkdaşları cəlb olunub

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə,  Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində 10 -MU 696 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın 99 JX 582 dövlət nömrə nişanlı, yanacaq daşıyan maşınla toqquşub. Nəticədə “Tofaş” markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərbənin təsirindən yanacaq daşıyan maşının çəlləyi deşilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh