Avtomobil piyadanı vurub - Lənkəranda  
Qəzalar 13 Mart 2018 14:12 188 dəfə oxunub
Avtomobil piyadanı vurub - Lənkəranda  
Faktla bağlı araşdırma aparılır

 

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisindən keçən hissəsində avtomobil həmin kənd sakini, 1956-cı il təvəllüdlü Nəsrəddin Xəzərxan oğlu Sadıyevi vurub. N.Sadıyev xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh