Avtomobil yoldan çıxaraq aşdı: xəsarət alan var - Ağdaşda
Qəzalar 13 Mart 2018 16:08 166 dəfə oxunub
Avtomobil yoldan çıxaraq aşdı: xəsarət alan var - Ağdaşda
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədən keçən dəmiryolu keçidi yaxınlığında qarşıdan gələn yük maşını ilə toqquşmadan yayınan “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, rayonun Ləki qəsəbə sakini, 1976-cı il təvəllüdlü Sarvan Səttar oğlu Həmidov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh