Bakının iki qəsəbəsini birləşdirəcək yeni yol inşa edilir - FOTO + VİDEO
Gündəm 13 Mart 2018 16:13 245 dəfə oxunub
Bakının iki qəsəbəsini birləşdirəcək yeni yol inşa edilir - FOTO + VİDEO
Bu yol yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək

Yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək yeni yol inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə,Ramana-Maştağa yolu ilə “Ramana Qalası” Tarixi abidəni birləşdirən yeni avtomobil yolunun uzunluğu 3.2 km, eni isə 6 m-dir. Uzun illərdir köhnə və yeni Ramana qəsəbələri arasında birbaşa yol bağlantısı olmayıb. Hər iki qəsəbənin 12 mindən artıq əhalisi gediş-gəliş kimi əlavə bir-neçə km yol qət etməli olublar. Bu isə yük və sərnişin daşımasında xeyli problemlərə gətirib çıxarırdı. Yeni yolun inşası ilə sadlanan problemlərin birdəfəlik həlli hədəflənir.

Tikinti layihəsinə uyğun olaraq əraziyə yararlı material daşınaraq 0.8-1 metr hündürlükdə yeni yol yatağı inşa olunub. Daha sonra optimal qum-çınqıl qarışığından ibarət normativ qalınlıqda yol əsasının və yolun çiyinlərinin tikinti işləri aparılıb. Tikinti işlərinin növbəti mərhələsi kimi yola 2 qatolmaqla yeni asfalt-beton örtük döşənəcək. Belə ki, laylar arası əlaqələndirici bitum səpilməklə, 20 min kv.m-ə yaxın sahədə yol örtüyünün alt layının iri dənəli, üst layına isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.

Təbii ki, yol boyu hərəkətin normal təşkili sonuncu mərhələdə üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da qısa müddət ərzində yolun tam yeni və müasir şəkildə inşası yekunlaşdırılaraq hər iki qəsəbənin əhalisinin istifadəsinə verilməsi planlaşdırılır.

 

Namiq

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh