Sürücülərin diqqətinə: Bu yollar bağlanacaq
Gündəm 13 Mart 2018 23:20 1136 dəfə oxunub
Sürücülərin diqqətinə: Bu yollar bağlanacaq
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir

Paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq.

Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh