Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Yol polisi 14 Mart 2018 09:27 Oxunub 1054
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
12 cinayətin açılması təmin olunub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 94 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh