Bakıda “Mercedes” sürücüsü “Lexus”u qəzaya salıb qaçdı – REAL VİDEO

Avtosfer TV 14 Mart 2018 11:33 Oxunub 7600
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinci zolaqdan sola dönməyə çalışan sürücü heç nə olmayıbmış kimi aradan çıxıb

Martın 10-da paytaxtın Yusif Səfərov küçəsində qəza baş verib. Qəzanın başvermə anı Avtosfer.az-ın kamerasına düşüb. Həmin küçənin sağ zolağıyla hərəkət edən 90-UP-906 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qəfildən sol zolağa keçib geriyədönmə yerinə daxil olmaq istəyərkən sol zolaqda hərəkət "Lexus" markalı avtomobilin qarşısına çıxıb. Bu vaxtı "Lexus"-un sürücüsü qəzadan yayınmaq üçün sükanı sola burub, lakin qəza qaçılmaz olub. O, ayırıcı zolağın üzərinə çıxaraq əks istiqamətə keçib. Qəzaya səbəb olan sürücü isə heç nə olmamış kimi dərhal hadisə yerindən yayınıb.

Hadisə şahidlərinin sözlərinə görə "Lexus" markalı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh