Elektromobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı? - FOTO

Avtoxəbər 14 Mart 2018 11:41 Oxunub 1429
Elektromobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni cihazlar bərpa olunan enerjidən istifadənin xeyli genişləndirilməsində həlledici rol oynaya bilər

Elektrik avtomobilinizin batareyasını bir neçə dəqiqəyə, smartfonunuzu isə bir neçə saniyəyə doldura biləcəyinizi təsəvvür edə bilərsinizmi? Avtosfer.az-ın verdiyi məlumata görə, Karbon superkondensatorların enerji toplamaq gücünü artıran yeni material aşkar edildiyini bildirən tədqiqatçılar inanırlar ki, yaxın gələcəkdə bu, belə də olacaq. Böyük həcmdə elektrik enerjisini toplayıb-boşaldan superkondensatora bəzən ultrakondensator da deyilir. Superdielectrics Ltd şirkətinin direktoru doktor Donald Highgate Britaniyanın Bristol və Surrey universitet qrupları ilə birgə yeni polimer materialdan superkondensatorların hazırlanması üzərində işləyir. Alimlər ümid edir ki, superkondonsatorlar yaxın gələcəkdə ənənəvi litium-ion batareyalarını əvəz edə biləcək.Lakin hələlik supekondensatorlar böyük enerji həcmlərini yalnız çox qısa zaman kəsiyi üçün təmin edə bilir - misal üçün avtomobilin mühərriki işə düşəndə və ya qatarın sürətini artırmaq lazım gələndə.Eyni zamanda superkondensatorlar nəqliyyat vasitələrinin dayanması və ya tormozlanması zamanı enerji artığının toplanmasını təmin etdiyinindən elektrik avtomobillərin mühüm komponentinə çevrilib.

Superkondensator buraxan daha bir şirkət, Fransanın cənubunda yerləşən NaWa technologies qrupunun başçısı Ulrik Grapenother deyir ki, superkondensator litium-ion batareyası ilə qoşa işləyəndə batareyanın ömrü 2-3 dəfə uzanır, çünki maşın batareyasının ömrünü qısaldan sürətyığma və tormozlama mərhələlərində ağırlığı üzərinə superkondensator götürür. Karbon yüngül material olduğundan isə, superkondensatorla təchiz olunmuş elektrik avtomobilin enerji blokunun ümumi çəkisini xeyli yüngülləşdirmək də mümkündür. Misal üçün, Formula E yarışlarında iştirak edən avtomobillərin batareya blokunun hazırki çəkisi 300 kg-dir.

Williams Advanced Engineering şirkəti hesab edir ki, sürət və məsafə itkisi olmadan, superkondensatorların hesabına bu rəqəmi 200 kg səviyyəsinə salmaq mümkündür. Superkondensatorun daha bir üstünlüyü onun milyon dəfə dolub-boşalmaya tab gətirməsidir. Mütəxəssislər xatırladır ki, kimyəvi reaksiya hesabına işlədiyindən adi batareyaları yalnız 3000 -5000 dəfə doldurmaq mümkündür. İstehsalçılar qeyd edir ki, superkondesatorun daha bir üstünlüyü onun hazırlanmasında kobalt kimi nadir materialdan istifadə olunmamamsıdır. Bununla belə, superkondensatorların geniş istifadəyə verilməsi hər il 5-10% faydalı iş əmsalı artan ənənəvi litium-ion texnologiyalı batareyaları dövriyyədən tamam çıxarmayacaq.

Alimlər hesab edir ki, yeni superkondensatorlar bərpa olunan enerjidən istifadənin xeyli genişləndirilməsində həlledici rol oynaya bilər.

 

Pünhan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh