Avtobuslarda detektor quraşdırılacaq - İçkili sürücülər, siqaret tüstüsü...

Yeniliklər 14 Mart 2018 14:05 Oxunub 1575
Avtobuslarda detektor quraşdırılacaq - İçkili sürücülər, siqaret tüstüsü...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurğu artıq növbəti rübdə sınaqdan keçiriləcək

Bakının ictimai nəqliyyatında xüsusi detektorlar sınaqdan keçiriləcək. Bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib. Həmin detektorlar sürücülərin içkili olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Mənbənin sözlərinə görə, bu qurğuları mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiq olunduğu istənilən ictimai nəqliyyat vasitəsində (avtobus, taksi və b.) istifadə etmək mümkündür: "Cihaz sürücülərin ayıqlıq vəziyyətinə nəzarət etməyə, eyni zamanda, siqaret tüstüsünü müəyyən etməyə imkan verəcək. Bu barədə məlumat avtomatik olaraq idarəetmə mərkəzinə göndəriləcək. Məlumatların ötürülməsi üçün GDM əlaqə kanallarından istifadə olunacaq". Qurğu artıq növbəti rübdə sınaqdan keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh