Dairəvi yolda mal-qara daşıyan yük maşını aşaraq yola ziyan vurdu - FOTOLAR

Avtosfer Foto 15 Mart 2018 00:04 Oxunub 3753
Dairəvi yolda mal-qara daşıyan yük maşını aşaraq yola ziyan vurdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra yük maşınında daşınan mal-qara ətrafa dağılışıb

Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99-JH-641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb. “Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb. Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır”, - deyə məlumatda vurğulanıb.

 

Emin






FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh