Vaqif Əsədov: "YPX əməkdaşına qarşı bəzi saytlarda dərc edilən yazılar qərəzlidir"

Yol polisi 15 Mart 2018 12:21 Oxunub 1497
Vaqif Əsədov: "YPX əməkdaşına qarşı bəzi saytlarda dərc edilən yazılar qərəzlidir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Verilən qərarla razılaşmayan sürücü sosial şəbəkələrdə YPX əməkdaşına qarşı qərəzli mövqe nümayiş etdirib”

Sosial şəbəkələr və intenet resursları tərəfindən dərc edilən “DYP inspektoru Sahil Səmədov Daxili İşlər Naziri Ramil Usubovu aldatmağa cürət etdi” və “DYP-nin Sahil adlı əməkdaşı dinc vətəndaşın mülkiyyətinə daxil olmaqla hədələdi şər böhtan atmaqla 90-cı illərin qorxusunu yaşatdı” başlıqlı informasiyalara DYP münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşı tərəfindən sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə inzibati protokol tərtib edilib: “Araşdılrmalar aparılarkən məlum olub ki, həqiqətən 11 mart 2018-ci il tarixdə Binəqədi rayonu, R.İsmayılov küçəsində, saat 05:30 radələrində “BMW” markalı 90-FF-080 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Sadiqov Səfa Əlipaşa oğlu YPX inspektoru Sahil Səmədov tərəfindən saxzlanılıb və sürücü sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün sənədləşmə işləri aparılıb. Bunula əlaqədar avtomobilin sürücüsü və onun nümayəndəsi tərəfindən narazılıq yarandığı üçün sosial şəbəkələrdə, guya inspektor tərəfindən qanunsuz sənədləşdirmə aprıldığı üçün qərəzli informasiyalar dərc edilib”.

V.Əsədov əlavə edib ki, dərhal BŞBPİ DYPİ-nin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsində sürücü, yazının müəllifi və sürcünün hüquqlarını müdafiə edən şəxslə görüş keçirilib: “Görüş zamanı sənədləşdirmə ilə əlaqədar ətraflı məlumat verilərək bilirildi ki, sürücü ötən illər ərzində 1il 6 ay müddətində sürcülük hüququndan və Cinayət Məcəlləsinin 263.1 maddəsi 2 il müddətinə azadlıqdan mərhum edilib. Buna baxmayaraq yenidən spirtli içkinin təsiri altında, sürücülük vəsiqəsi və müvafiq sənədləri olmadan avtomobili ümumi istifadədə olan yoldan avtomobillərin park edildiyi duracağa doğru hərəkət edib. Buna qədər isə praklanma yerinə yaxın məsafədə yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşı sürücüyə yaxınlaşaraq “saxla” əmrini verib, sürücü isə təhlükəli manevr edərək hərəkətini davam etdirib. Beləliklə sürücü avtomobilini parklanma ərazisinə daxil edib, ətrafdakıları başına toplamaqla bilərəkdən senisasiya yaratmaq, özünün haqlı olduğunu sübut etməklə məsuliyyətdən yayınmağa çalışıb”.

Bölmə rəisi onu da qeyd edib ki, verilən qərarla razılaşmayan sürücü sosial şəbəkələrdə YPX əməkdaşına qarşı qərəzli mövqe nümayiş etdirib: “Sürücü hətda YPX inspektorunun şəxsi və ailə fotolarını sosial şəbəkələrdə qərəzli şəkildə yaymaqla özünün haqlı olduğunu sübut etməyə çalışır. Əlbətdə onun gətirdiyi arqumetlər və ya faktlar məhkəməyə müraciət edilərkən təqdim ediləcək. Bir daha bildirirk ki, dərc edilən yazılar açıq-aşkar qərzlidir, həqiqəti əks etdirmir. Hər halda sürücü YPX əməkdaşının inzibati qaydada tərtib etdiyi protokollarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət edə bilər. Sözsüz ki, bu onun hüququdur. Hər halda YPX inspektoru da onun fəaliyyətinə və nüfuzuna xələl gətirən qərəzli informasiyaları yaydığı üçün qarşı tərəfi məhkəməyə verə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh