Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edildi - VİDEO

Avtoxəbər 16 Mart 2018 00:14 Oxunub 2289
Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın günlərdə dairədə hərəkət işıqforla tənzimlənəcək

Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə 4-cü mikrorayon dairəsində dəyşiklik edilib. Avtosfer.az-ın məlumatına görə, dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənəcək. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dairənin ətrafına, yəni Cavadxan və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində işıqforlar quradşrırıb.

Qeyd edək ki, sözügedən ünvanda qəzalar tez-tez baş verirdi. Həmin kadrlar günün müxtəlif vaxtlarında ərazidəki təhlükəsiz şəhər kameralarına da düşüb.

Yaxın günlərdə dairədə hərəkət işıqforla tənzimlənəcək. Yol polisi bunun effektiv olacağını düşünür.

Elə sürücülər də yoldakı dəyişikliyin hərəkətə müsbət təsir edəcəyini deyirlər. Onlar bunun əsasən günün axşam saatlarında hiss olunacağını bildirirlər.

Gözlənilən nəticə əldə olunmazsa, işıqforun fəaliyyəti dayanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh