Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub

Qəzalar 16 Mart 2018 00:24 Oxunub 688
Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan yaralıya ilkin yardım göstərilərək evə buraxılıb

Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sürücünün kimliyi məlum olub. Rayonun Şəmkir-Gədəbəy yolunda avtomobilini aşıran şəxs Şəmkir rayon Yenigün kənd sakini, 1990-cı il təvəllüdlü Amil Vahid oğlu Aslanovdur. Yaralı qəzanın şahidləri tərəfindən avtomobildən çıxarılaraq şəxsi maşınla xəstəxanaya aparılarkən yolda hadisə yerinə çağrılan təcili yardım maşınına təhvil verilib. Bundan sonra A.Aslanov Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıya ilkin yardım göstərilərək evə buraxılıb.

İlkin məlumatlara görə, sürücü sərxoş halda avtomobilini idarə edib. Avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh