“Ferrari” “Formula 1”i tərk edə bilər

Yarışma 16 Mart 2018 00:28 Oxunub 1584
“Ferrari” “Formula 1”i tərk edə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ferrari”nin çıxışını “İndikar” seriyasında davam etdirməsi mümkündür

“Ferrari” komandası “Formula 1”i tərk edə bilər. “Report” xəbər verir ki, bu barədə komandanın rəhbəri Serjio Markyonne “Speedweek”ə bildirib. O deyib ki, “Ferrari”nin çıxışını Şimali Amerikada təşkil edilən “İndikar” seriyasında davam etdirməsi mümkündür: “ABŞ-da keçirilən seriyada zəngin iştirak tariximiz var. Nəyə görə yenidən “İndikar”da olmayaq? Biz bu imkanı hərtərəfli araşdıracağıq”.

Qeyd edək ki, “Ferrari” komandası 1950-ci ildən qatıldığı “Formula 1”də 15 dəfə qalib olub. Komandanın hazırkı pilotları almaniyalı Sebastyan Fettel və finlandiyalı Kimi Raykkonendir. “Formula 1” üzrə 2018-ci il mövsümünə martın 25-də Avstraliyada start veriləcək. Qran Prinin Azərbaycan mərhələsi 27 – 29 apreldə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh