Lənkəranda ağır qəza, 1 nəfər ölüb, 5 yaralı var - FOTO

Qəzalar 16 Mart 2018 00:34 Oxunub 991
Lənkəranda ağır qəza, 1 nəfər ölüb, 5 yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2107" markalı avtomobillər toqquşub

Lənkəran rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şağlaküçə kəndində qeydə alınıb.  Belə ki, "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Məlumata görə, sürücülərdən biri - Lənkəran rayonunun Şovu kənd sakini, 1959-cu il təvəllüdlü Əbutalıb Xalıq oğlu Şahbazov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun sərnişinləri - Lənkəran rayonunun Şovu kənd sakinləri - 1961-ci il təvəllüdlü Vədiyə Həsən qızı Şəfiyeva, onun qızı, 1982-ci il təvəllüdlü Əminə Əbülfəz qızı Şəfiyeva və gəlini, 1987-ci il təvəllüdlü Ramilə Ağaman qızı Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.  Digər avtomobilin sürücüsü, Lənkəran rayonunun Qurumba kənd sakini, 1988-ci il təvəllüdlü Fərid Elxan oğlu Əmirov və onun sərnişini, Lerik rayonunun Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Vaqif Mirağa oğlu Bəndiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Faktla bağlı araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh