Sumqayıtda yol polisi kütləvi maarifləndirmə tədbirlərinə start verdi – VİDEO

Yol polisi 16 Mart 2018 00:54 Oxunub 2015
Sumqayıtda yol polisi kütləvi maarifləndirmə tədbirlərinə start verdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən reyd zamanı saxlanılan piyadalarla maarifləndirici söhbətlər aparılıb

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirib. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhərində hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə baş tutan reyddə əsas məqsəd hərəkətin təhlükəsizliyinin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması və əhalinin maarifləndirilməsi olub. Reyd zamanı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 50-yə yaxın piyada saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Onlara yol hərəkəti təhlükəsizliyi və piyadaların vəzifələri barədə məlumat verilib.

Daha sonra Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayon Dəmirçilər kənd orta məktəbində yol hərəkəti qaydalarının təbliği məqsədilə maarifləndirici tədbir keçirilib. Çıxış edən Sumqayıt şəhər DYPŞ-nin təbliğat üzrə inspektoru, mayor İsmayıl İsmayılov bildirib ki, görüşün başlıca məqsədi şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaqdan ibarətdir. Baş verə biləcək hadisələrin qarşısını almaq üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edən polis mayoru deyib ki, məktəblilərə piyadanın vəzifələri, yollarda hərəkət və təhlükəsiz davranış qaydaları barədə geniş məlumat verib.

Sumqayıt DYPŞ-nin əməkdaşı, kapitan Rəşid Məcidov isə deyib ki, hər bir məktəbli yol hərəkəti qaydalarını öyrənib diqqətdə saxlayarsa, evdə valideyn, məktəbdə isə müəllimlər onları daim maarifləndirərsə uşaqlar daha ehtiyyatla davranar və təhlükədən uzaq olarlar.

DYP zabiti bildirib ki, piyadalar qaydalara əməl etmədikdə ölümlə nəticələnən qəzalar qaçılmaz olur.

Görüşün sonunda yol polisi əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırıblar.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh